Bakı. 8 yanvar. REPORT.AZ/ Amerikanın Ohayo ştatının polisi Port Kolumbus hava limanında bir kişini güllələyib.
"Report" xəbər verir ki, ölən şəxs silahlı müqavimət göstərmədiyindən hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən olmayıb.
Hadisənin başvermə şəraiti hələ məlum deyil.
Kiçik fasilədən sonra hava limanında uçuşlar bərpa olunub, hazırda terminallar adi qaydada işləyir.