Bakı. 20 oktyabr. REPORT.AZ/ İŞİD liderləri Mosul şəhərini tərk edir.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın İŞİD əleyhinə koalisiyasının komandanı, general-mayor Qeri Voleski Bağdadda video konfrans yolu ilə bağlandığı Pentaqondakı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, qeyd edib ki, Mosulda əməliyyatın başlanmasından cəmi 2 günə qədər vaxt keçsə də, terror qruplaşmasının liderləri və döyüşçüləri şəhəri tərk edirlər. Lakin Qeri Voleski terrorçuların hansı istiqamətə getdiklərini və saylarını açıqlamayıb.
General-mayor həmçinin qeyd edib ki, İŞİD-in tərkibində döyüşən xarici ölkə vətəndaşlarının şəhəri tərk etmələri çətin olacaq və müəyyən vaxt itkisi ilə nəticələnəcək.
"Əməliyyat öncəsi ilə müqayisədə indi Mosulda daha az İŞİD döyüşçüsü var" – deyən general-mayor əməliyyatın nə vaxt başa çatacağı barədə suala cavab verməkdən yayınıb.
"Əl-Məyadin" telekanalı da İŞİD terror qruplaşması silahlılarının Mosul şəhərini tərk etdiyini xəbər verib. Telekanalın məlumatında bildirilir ki, qruplaşmasnın 100 rəhbəri Suriyaya istiqamətlənib.