ABŞ gecə klubunda baş verən atışma nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

ABŞ gecə klubunda baş verən atışma nəticəsində iki nəfər ölüb - YENİLƏNİB Şahidlər təxminən 30 atəş səsi eşitdiklərini bildirir
Digər ölkələr
25 İyul , 2016 13:17
ABŞ gecə klubunda baş verən atışma nəticəsində iki nəfər ölüb - YENİLƏNİB

Bakı. 25 iyul. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Fort Mayers şəhərindəki "ClubBlu" gecə klubunda baş vermiş atışma ilə əlaqədar bir nəfə saxlanılıb.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, polis daha bir nəfərin bu işlə bağlı olduğunu və hazırda gizləndiyini ehtimal edir.

***12:54

ABŞ-ın Florida ştatında gecə klubunda atışma baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara görə, hadisə nəticəsdində iki nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Şahidlər təxminən 30 atəş səsi eşitdiklərini bildirir. İlkin məlumatlara görə, hücumu bir nəfər həyata keçirib.

Son xəbərlər

Orphus sistemi