ABŞ Fələstin qaçqınlarına ayrılan 125 milyon dolları dondurub

ABŞ Fələstin qaçqınlarına ayrılan 125 milyon dolları dondurub Bu məbləğ ABŞ-ın UNRWA-ya köçürdüyü illik haqqın üçdə birini təşkil edir
Digər ölkələr
6 Yanvar , 2018 02:25
ABŞ Fələstin qaçqınlarına ayrılan 125 milyon dolları dondurub

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ Administrasiyası BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan 125 milyon dolları dondurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü diplomatik mənbələrə istinadən "Axios" informasiya portalı məlumat yayıb.

Bildirilir ki, bu məbləğ ABŞ-ın UNRWA-ya köçürdüyü illik haqqın üçdə birini təşkil edir. Vaşinqton pulları hələ yanvarın 1-də köçürməli idi. Portalın məlumatına görə, bu vəsait ABŞ Administrasiyası Fələstinə yardım göstərilməsi haqqında məsələnin nəzərdən keçirilməsinin yekunlaşdırmayınca, dondurulacaq.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İsrail ilə sülh danışıqları aparmaq istəməməsi səbəbindən Fələstinə maliyyə yardımını dayandırmağı təklif edib.

Son xəbərlər

Orphus sistemi