ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağlayıb

ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağlayıb Bakı. 11 sentyabr. REPORT.AZ/ Fələstin Azadlıq Təşkilatının ABŞ-dakı ofisi bağlanıb.
Digər ölkələr
11 Sentyabr , 2018 02:48
ABŞ Fələstin Azadlıq Təşkilatının ofisini bağlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Fələstin Azadlıq Təşkilatının ABŞ-dakı ofisi bağlanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib.

Məlumatda qeyd edilir ki, administrasiya bu qərarı dəqiq təhlildən sonra qəbul edib. Bununla yanaşı, qeyd olunur ki, Dövlət Departamenti iki tərəf arasında danışıqlar yolu ilə sülhün əldə olunması üçün səylərdən imtina etmir.

Əvvəllər ABŞ hakimiyyəti Fələstin Azadlıq Təşkilatının ofisini bağlamamaq qərarına gəlib. Lakin bir müddət sonra Birləşmiş Ştatlar BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinin (UNRWA) maliyyələşdirilməsini tamamilə dayandırıb.

Son xəbərlər

Orphus sistemi