ABŞ ərəb koalisiyasını Yəmənə hava zərbələrini dayandırmağa çağırıb

ABŞ ərəb koalisiyasını Yəmənə hava zərbələrini dayandırmağa çağırıb Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəmənə hava zərbələrini dayandırmağa çağırır.
Digər ölkələr
31 Oktyabr , 2018 05:34
ABŞ ərəb koalisiyasını Yəmənə hava zərbələrini dayandırmağa çağırıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəmənə hava zərbələrini dayandırmağa çağırır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo bildirib.

"Husilərin nəzarət etdikləri ərazilərdə raket və uçuş aparatları zərbələri də daxil olmaqla, düşmən hərəkətlərinə son qoymaq vaxtı gəlib. Koalisiya Yəmənin bütün məskun edilmiş rayonlarındakı hava zərbələri dayandırılmalıdır", - deyə Pompeonun bəyanatında bildirilir.

Dövlət katibi həmçinin tərəfləri münaqişəyə son qoymaq üçün və silahsızlaşdırılmış zonanı yaratmaq üçün "üçüncü ölkədə" Yəmən üzrə danışıqlar aparmağa çağırıb. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin Hudeyda əyalətinə endirdiyi hava zərbələri nəticəsində "Ənsar Allah" qruplaşmasının 150 üzvü zərərsizləşdirilib. Raket zərbələri qruplaşmanın təlim-məşq bazasına endirilib.

Son xəbərlər

Orphus sistemi