Yuxarı

KİV: ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarır

ABŞ Əfqanıstandakı qoşunlarının bir hissəsini bu ölkədən çıxarır

ABŞ Əfqanıstandakı qoşunlarının üçdə bir hissəsini bu ölkədən çıxarmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbəyə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, Pentaqon gələn həftə 4000 hərbi qulluqçunu Əfqanıstandan çıxarmaq niyyətindədir. Bu, ABŞ-ın həmin ölkədəki hərbi kontingentinin üçdə bir hissəsidir.

Qoşunların çıxarılması prosesi tədricən həyata keçiriləcək və bir neçə ay sürəcək.

Telekanalın məlumatına görə, qoşunların bir hissəsinin Əfqanıstandan çıxarılmasından sonra bu ölkədə ABŞ-ın 8-9 min əsgəri qalacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi