Bakı. 15 yanvar. REPORT.AZ/ Hərbçiləri Əfqanıstandan çıxarılandan ABŞ-ın bu ölkədəki hərbi texnikasının böyük bir hissəsi Pakistana veriləcək.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu haqda Pakistan Respubilkasının Müdafiə Nazirliyindən bildirilib.
"ABŞ Əfqanıstandakı hərbçilərinin döyüş texnikasının siyahısının detallarını artıq Pakistanın Müdafiə Nazirliyinə təqdim edib. Pakistan tərəfi təqdim olunan siyahıdan özü üçün vacib hərbi texnikanı artıq seçib", - nazirlik təmsilçişi deyib.
Təqdim olunan siyahıdakı silah və texnika ilə bağlı konkret məlumat verilməyib.