ABŞ Əfqanıstandakı hərbi qüvvələrinin yarısını yaxın vaxtlarda ölkədən çıxaracaq

ABŞ Əfqanıstandakı hərbi qüvvələrinin yarısını yaxın vaxtlarda ölkədən çıxaracaq Bakı. 6 fevral. REPORT.AZ/ ABŞ-la “Taliban” hərəkatı arasındakı danışıqlarda fevralın əvvəlindən aprel ayının sonunadək bu ölkənin hərbi qüvvələrinin yarısının Əfqanıstandan çıxarılacağı vədi verilib.
Digər ölkələr
6 Fevral , 2019 15:47
ABŞ Əfqanıstandakı hərbi qüvvələrinin yarısını yaxın vaxtlarda ölkədən çıxaracaq

Bakı. 6 fevral. REPORT.AZ/ "ABŞ-la “Taliban” hərəkatı arasındakı danışıqlarda fevralın əvvəlindən aprel ayının sonunadək bu ölkənin hərbi qüvvələrinin yarısının Əfqanıstandan çıxarılacağı vədi verilib".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskvada keçirilən Əfqanıstandakı Tərəflərarası Forum zamanı “Taliban”ın sözçüsü Mövləvi Əbdüsalam Hənəfi jurnalistlərə bildirib.

“Taliban” nümayəndə heyətinin başçısı Şir Məhəmməd Abbas Stənikzai forumda hərəkata qarşı qüvvədə olan sanksiyaların sülhün əldə olunmasına əngəl yaratdığından onların ləğv edilməsi zərurətini diqqətə çatdırıb.

“Sülh danışıqları ilə sanksiyalar bir-birinə zidd davranışlardır, yanaşı yürüdülə bilməz. Təzyiq vasitəsi kimi istifadə olunan bütün bu əsassız sanksiya və siyahılar ortadan qaldırılmalıdır ki, “Taliban” nümayəndələri müxtəlif yerlərdə sülh danışıqlarında maneəsiz iştirak edə bilsin”, - “Taliban” təmsilçisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi