ABŞ Əfqanıstana əlavə olaraq 3,5 min hərbçi göndərəcək

ABŞ Əfqanıstana əlavə olaraq 3,5 min hərbçi göndərəcək Oradakı hərbi kontingentin ümumi sayı 14,5 min nəfərə çatdıracaq
Digər ölkələr
6 Sentyabr , 2017 23:22
ABŞ Əfqanıstana əlavə olaraq 3,5 min hərbçi göndərəcək

Bakı. 6 sentyabr. REPORT.AZ/ ABŞ Əfqanıstana əlavə olaraq 3,5 min əsgər göndərməklə oradakı hərbi kontingentinin ümumi sayını 14,5 min nəfərə çatdıracaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqondakı mənbələrinə istinadən "Reuters" məlumat yayıb.

Bundan əvvəl Əfqanıstandakı Amerika kontingentinin sayının artırılacağını ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirmişdi. Lakin o, həmin vaxt Ağ evin belə məlumatların açıqlanmaması barədə yeni konsepsiyası ilə əlaqədar olaraq qoşunların dəqiq sayı barədə məlumat verməmişdi.

"Reuters"in məlumatına görə, hərbi qulluqçuların dəqiq sayı çərşənbə günü Mettisin konqresmenlərlə söhbətindən sonra məlum olub.

Son xəbərlər

Orphus sistemi