​ABŞ Dövlət katibinin köməkçisi Moskvaya səfər edib

​ABŞ Dövlət katibinin köməkçisi Moskvaya səfər edib Nulandın rəsmi görüşləri bazar ertəsi başlayacaq
Digər ölkələr
17 May , 2015 14:58
​ABŞ Dövlət katibinin köməkçisi Moskvaya səfər edib

Bakı. 17 may. REPORT.AZ/ ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nuland bazar günü Kiyevdən Moskvaya gedib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax"a ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens məlumat verib.

"Viktoriya Nuland artıq Moskvadadır ", - deyə o bildirib.

Nulandın rəsmi görüşlərə mayın 18-də başlayacağı gözlənilir.

ABŞ rəsmisinin Moskvada Rusiya-Amerika münasibətləri və Ukrayna problemini müzakirə edəcəyi ehtimal edilir.

Ötən gün Nuland Kiyevdə səfərdə olan zaman bəyan edib ki, ABŞ Ukraynanın şərqindəki vəziyyətin nizamlanmasında öz iştirakını gücləndirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi