ABŞ dövlət katibinin köməkçisi Kubaya səfər edəcək

ABŞ dövlət katibinin köməkçisi Kubaya səfər edəcək Miqrasiya və diplomatik münasibətlərin bərpa olunması məsələləri müzakirə olunacaq
Digər ölkələr
9 Yanvar , 2015 10:08
ABŞ dövlət katibinin köməkçisi Kubaya səfər edəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibinin köməkçisi Robert Ceykobson yanvar ayının ikinci yarısında Kubaya səfər edəcək. "Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki brifinqdə bildirib. 

Psakinin sözlərinə görə, R.Ceykobsonun səfəri çərçivəsində iki ölkə arasında miqrasiya və diplomatik münasibətlərin, xüsusilə səfirliklərin fəaliyyətinin bərpa olunması məsələləri müzakirə olunacaq. 

İki ölkə arasında tamdəyərli münasibətlərin bərpa olunma müddəti haqqında C.Psaki dəqiq məlumat verməyib. Onun sözlərinə görə, bu məsələlər hələ müzakirə olunmalıdır. 

2014-cü il dekabrın ortalarında ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin bərpa olunmasını  elan edib.  

Son xəbərlər

Orphus sistemi