ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ dövlət katibi Ukraynaya səfər edəcək Bu, 2-2,5 saatlıq qısa səfər olacaq
Digər ölkələr
4 İyul , 2017 11:02
ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Reks Tillerson iyulun 9-da Ukraynaya səfər edəcək.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu, 2-2,5 saatlıq qısa səfər olacaq.

Qeyd edək ki, iyun ayında Ukrayna prezidenti Petro Poroşenko Vaşinqtonda R.Tillerson ilə görüşdə ona ABŞ-ın Ukraynanın şərqindəki münaqişənin həllinə daha fəal cəlb edilməsi ilə bağlı variantlar təqdim edib.

Son xəbərlər

Orphus sistemi