ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına gələrək kral Salman bin Əbdüləziz əl-Saud ilə görüşüb.
Digər ölkələr
16 Oktyabr , 2018 12:04
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı kralı ilə Camal Qaşıqçı məsələsini müzakirə edib
AP
0 : 00
0 : 00

Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanına gələrək kral Salman bin Əbdüləziz əl-Saud ilə görüşüb.

Bu barədə "Report" "Associated Press"ə istinadən məlumat verir.

M.Pompeo Səudiyyə Ərəbistanı rəhbəri ilə səudiyyəli müxalifətçi jurnalist Camal Qaşıqçının yoxa çıxması və yaxud ehtimallara görə, öldürülməsi məsələsini müzakirə edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudla itkin düşən jurnalist Camal Qaşıqçı məsələsini müzakirə etdiyini və məsələni aydınlaşdırmaq üçün dövlət katibi Mayk Pompeonu Ər-Riyada göndərdiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Ankaradakı səfiri jurnalist C.Qaşıqçının Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Türkiyə və Səudiyyə Ərəbistanından olan müstəntiqlər jurnalistin içərisinə daxil olub yoxa çıxdığı krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparıblar.

Daha əvvəldən itkin düşmüş C.Qaşıqçının sorğu və qətl anının onun "Apple Watch" saatına yazıldığı məlum olub.

Son xəbərlər

Orphus sistemi