ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib

ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib "Hər bir liviyalı bu yekun sazişi dəstəkləməli və milli birliyin əldə olunmasına töhfə verilməlidir"
Digər ölkələr
18 Dekabr , 2015 07:01
ABŞ-ın dövlət katibi Liviya böhranına dair sazişi yüksək qiymətləndirib

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Liviyada münaqişə tərəfləri arasında böhranın dinc yolla nizamlanması və milli birlik hökumətinin yaradılmasına dair imzalanan yekun sazişi yüksək qiymətləndirib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Liviya sakinlərinə səslənən Kerri, "Cəsur siyasətçiləri alqışlayıram. Hər bir liviyalı bu yekun sazişi dəstəkləməli və milli birliyin əldə olunmasına töhfə verməlidir", - deyə vurğulayıb.

Xatırladaq ki, Mərakeşin Sxerat şəhərində imzalanan sənədə Ümummilli Konqres və Liviya parlamentinin nümayəndələri dəstək veriblər.

Son xəbərlər

Orphus sistemi