ABŞ Dövlət Departamenti brifinqləri martın 6-dan bərpa edəcək

ABŞ Dövlət Departamenti brifinqləri martın 6-dan bərpa edəcək Brifinqlər Trampın gəlişindən sonra dayandırılıb
Digər ölkələr
25 Fevral , 2017 01:00
ABŞ Dövlət Departamenti brifinqləri martın 6-dan bərpa edəcək

Bakı. 25 fevral. REPORT.AZ/ ABŞ Dövlət Departamenti martın 6-dan başlayan həftədə jurnalistlər üçün mütəmadi brifinqlərin keçirilməsini bərpa edəcək.

"Report"un xəbərinə görə, bu barədə cümə günü idarənin mətbuat xidməti vəzifələrinin icraçısı Mark Töner məlumat verib.

"Dövlət Departamenti martın 6-dan başlayan həftədə jurnalistlər üçün brifinqlər keçirməyə başlayacaq. Eyni zamanda biz gündəlik əsasda təcili xəbərlərlə bağlı jurnalistlərin sorğularını cavablandırmaqdayıq", - deyə o əlavə edib.

Töner brifinqlərin əvvəl olduğu kimi hər gün keçiriləcəyi və onların canlı yayımlanacağı ilə bağlı məsələlərə aydınlıq gətirməyib. O, həmçinin brifinqləri kimin aparacağını da bildirməyib.

Prezident Barak Obamanın dövründə mütəmadi brifinqlər gündəlik əsasda keçirilirdi. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra onlar dayandırılıb.

Son xəbərlər

Orphus sistemi