ABŞ daxili təhlükəsizlik naziri istefa verib

ABŞ daxili təhlükəsizlik naziri istefa verib ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən gedir.
Digər ölkələr
8 Aprel , 2019 03:30
ABŞ daxili təhlükəsizlik naziri istefa verib

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən gedir.

"Report" TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb: "Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm".

Ağ evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək.

Qeyd edək ki, son günlər mətbuatda Donald Trampın Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar yer alıb.

Son xəbərlər

Orphus sistemi