ABŞ-dan Çinə uçan təyyarədə 3 nəfəri yaralayan sərnişin pilotların kabinasına soxulmaq istəyib

ABŞ-dan Çinə uçan təyyarədə 3 nəfəri yaralayan sərnişin pilotların kabinasına soxulmaq istəyib Hadisənin törədən hüquq-mühafizə orqanına təhvil verilib, araşdırma aparılır
Digər ölkələr
7 İyul , 2017 10:46
ABŞ-dan Çinə uçan təyyarədə 3 nəfəri yaralayan sərnişin pilotların kabinasına soxulmaq istəyib

Bakı. 7 iyul. REPORT.AZ/ ABŞ-ın Sietl şəhərindən “Delta Аir Lines” aviaşirkətinin təyyarəsi ilə Pekinə uçan sərnişinlərdən biri göyərtədə 3 nəfəri yaralayaraq, pilotların kabinasına soxulmaq istəyib.

“Report” xəbər verir ki, bu haqda “CNN” telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə “Boeing 767” sərnişin təyyarəsi havaya uçandan sonra olub. Asayişi pozan şəxs tutlub. Baş verən hadisə ilə əlaqədar pilot geri, hava limanına qayıdıb. Məlumata görə, yaralananlardan ikisi sərnişin, bir isə pilotdur.

Hadisənin törədən hüquq-mühafizə orqanına təhvil verilib, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi