ABŞ-da yüzlərlə aviareys təxirə salınıb

ABŞ-da yüzlərlə aviareys təxirə salınıb Buna aviaşirkətin kömpüter sistemində yaranmış problem səbəb olub
Digər ölkələr
20 İyun , 2018 07:32
ABŞ-da yüzlərlə aviareys təxirə salınıb

Bakı. 20 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlarda "American Airlines" hava yollarının bölməsi olan "PSA" aviaşirkətinin kompüter sistemində yaranan problem səbəbindən yüzlərlə aviareys təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilir ki, "American Airlines"ın gündəlik 6,7 min reysindən təqribən 12 faizini yerinə yetirən regional daşıyıcı çərşənbə axşamı səhər bütün reysləri ləğv edib.

Problem sonradan aradan qaldırılsa da, uçuş qrafikinin bərpa olunmasına bir qədər vaxt tələb olunur.

Son xəbərlər

Orphus sistemi