Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-da yük avtomobili körpüdən kütlənin üstünə düşüb.
"Report"un məlumatına görə, bu barədə "телеканал Fox 5." məlumat yayıb. Məlumata görə, hadisə San-Dieqoda baş verib.
San-Dieqonun yanğın-xilasetmə xidmətinin rəhbəri Brayan Fennesi bildirib ki, qəza zamanı ən azı 4 nəfər ölüb. Habelə 9 nəfər yaralanıb.
Hadisəni törətmiş sürücü sərxoş vəziyyətdə olub. O, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə həbs edilib.
Qəza zamanı yük avtomobilində sərnişin olmayıb.