ABŞ-da xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlanıb

ABŞ-da xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlanıb Yeni təhlükəsizlik tədbirlərinə ABŞ-a uçuş təşkil edən 105 ölkənin hamısından olan reyslərdə yoxlamanın gücləndirilməsi daxildir
Digər ölkələr
29 İyun , 2017 09:50
ABŞ-da xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlanıb
BBC.com

Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ hökuməti xaricdən həyata keçirilən uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu tədbirlər təyyarənin göyərtəsinə partlayıcı maddələrin keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub.

Bununla belə, yeni təhlükəsizlik tədbirlərində təyyarənin göyərtəsinə noutbuk keçirilməsinə qadağa qoyulmayıb.

Xatırladaq ki, bu ilin martında ABŞ Türkiyə, Mərakeş, İordaniya, Misir, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı və Küveytdən edilən uçuşlarda təyyarənin göyərtəsinə smartfondan iri elektron cihazlar keçirilməsinə qadağan qoyub. Məlumata görə, belə cihazlarda bombanın maskalanması mümkündür.

Eyni zamanda, yeni təhlükəsizlik tədbirlərinə ABŞ-a uçuş təşkil edən 105 ölkənin hamısından olan reyslərdə yoxlamanın gücləndirilməsi daxildir.

Aviaşirkətlərə belə yoxlama tədbirlərinə tam hazırlaşmaq üçün üç ay müddət verilib, əks təqdirdə, onlara ABŞ-a uçuşlar həyata keçirmək qadağan edilə bilər.

Son xəbərlər

Orphus sistemi