Yuxarı

ABŞ-da vertolyotun sərt eniş etməsi nəticəsində 2 nəfər xəsarət alıb

ABŞ-da vertolyotun sərt eniş etməsi nəticəsində 2 nəfər xəsarət alıb

Bakı. 26 may. REPORT.AZ/ ABŞ-ın Vaşinqton ştatında vertolyotun sərt eniş etməsi nəticəsində 2 nəfər xəsarət alıb.

"Report" "King 5 News"a istinadən xəbər verir ki, hadisə Olimpiya aerodromunda baş verib.

Yanğınsöndürən vertolyot uçuşdan 10 saniyə sonra yaranan nasazlıqdan sərt eniş edib.

Hadisə nəticəsində helikopterin pilot kabinəsinin şüşələri qırılıb, pilot və mexanik xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi