ABŞ-da vertolyot qəzası baş verib.
Bu barədə "Report" ABC telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Yuta ştatının dağlıq ərazisində qeydə alınıb. Vertolyotun dağlıq əraziyə düşməsi nəticəsində 2 nəfər həlak olub. Ölənlərin heyət üzvləri olduqları bildirilir.
Vertolyot Ballard şəhərindən Solt-Leyk-Siti dairəsinin hava limanına uçurmuş. Hava maşınının axtarışları vertolyotda olanlardan birinin ailə üzvlərinin onun gecikməsi barədə xəbər verməsindən sonra başlayıb.
Qəzanın səbəbləri araşdırılır. Hələlik yalnız o məlumdur ki, həmin ərazidə əlverişsiz hava şəraiti mövcuddur.
Daha əvvəl də ABŞ-da vertolyot şəhərə düşərək bir neçə avtomobilə və binaya çırpılıb.