​ABŞ-da vertolyot yaşayış evinin üzərinə düşüb

​ABŞ-da vertolyot yaşayış evinin üzərinə düşüb Qəza zamanı evdə heç kim olmayıb
Digər ölkələr
23 Mart , 2015 03:43
​ABŞ-da vertolyot yaşayış evinin üzərinə düşüb

Bakı. 23 mart. REPORT.AZ/ Amerikanın Florida ştatının Orlando şəhərində kiçik vertolyot yaşayış evinin üzərinə düşüb.

"Report" xəbər verir ki, "Robinson R44" vertolyotunun göyərtəsində yalnız pilot olub və o, ölüb.

Qəza zamanı ikimərtəbəli evdə heç kim olmayıb. Ev yanıb, lakin hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğını tezliklə söndürüb.

Hazırda ABŞ-ın Federal Mülki Aviasiya İdarəsinin xüsusi komissiyası qəzanın səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi