ABŞ-da uşaqlar atəşə tutulub, 3 nəfər yaralanıb

ABŞ-da uşaqlar atəşə tutulub, 3 nəfər yaralanıb İnsident Hyuston şəhərində baş verib
Digər ölkələr
13 Aprel , 2017 05:34
ABŞ-da uşaqlar atəşə tutulub, 3 nəfər yaralanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Ötən gün Amerikanın Hyuston şəhərində (Texas ştatı) açılan atəş nəticəsində üç uşaq güllə yarası alıb.

"Report" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, atəş evə qayıdan uşaqlara onların yanından ötüb keçən yolsuzluq avtomobilindən açılıb. Hadisə şahidinin sözlərinə görə, 11 yaşlı qız çiynindən, eyni zamanda iki oğlan uşağı ayağından yaralanıb. Uşaqlar xəstəxanaya çatdırılıb.

Hazırda polis atəşin açıldığı avtomobili axtarır.

Son xəbərlər

Orphus sistemi