ABŞ-da universitetdə partlayış olub: xəsarət alanlar var

ABŞ-da universitetdə partlayış olub: xəsarət alanlar var Universitet rəhbərliyi tələbələrdən heç kimin xəsarət almadığını bildirib
Digər ölkələr
29 İyun , 2017 03:34
ABŞ-da universitetdə partlayış olub: xəsarət alanlar var

Bakı. 29 iyun. REPORT.AZ/ ABŞ-ın Kentukki ştatındakı "Murray State" univertsitetinin administrasiyası təhsil ocağının binasında partlayış olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Richmond" zalında partlayış olub. Hadisə yerində təcili yardım xidməti işləyir. Xahiş olunur ki, hadisə yerinə yaxınlaşmayasınız" – deyə universitet administrasiyasının "Twitter"dəki rəsmi səhifəsində bildirilir.

"Fox News" telekanalının mənbəyə istinadən verdiyi məlumata görə isə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində universitetin işçisi xəsarət alıb. Daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Universitet rəhbərliyi tələbələrdən heç kimin xəsarət almadığını bildirib.

Son xəbərlər

Orphus sistemi