ABŞ-da uçuşların təhlükəsizliyi üçün 70 min quş məhv edilib

ABŞ-da uçuşların təhlükəsizliyi üçün 70 min quş məhv edilib Quşlar son 7 il ərzində öldürülüb
Digər ölkələr
14 Yanvar , 2017 22:09
ABŞ-da uçuşların təhlükəsizliyi üçün 70 min quş məhv edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Son 7 il ərzində Nyu-Yorkda Nyuark və La-Quardiya aeroportlarında uçuşların təhlükəsizliyini təmin etmək üçün 70 mindən çox quş məhv edilib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Jurnalistlərin iddiasına görə, şəhər hakimiyyəti 2009-cu ildə “A320” təyyarəsinin Qudzon çayına qəzalı enişindən sonra quşlardan yaxa qurtarmaq qərarına gəlib. Həmin vaxt ekspertlər bildiriblər ki, təyyarənin iki mühərrikinin imtina etməsi laynerin Kanada qara qazları ilə toqquşması nəticəsində baş verib.

"Lakin quşların məhv edilməsinin vəziyyəti nə dərəcədə yaxşılığa doğru dəyişməsi məlum deyil”, - deyə məqalədə bildirilir.

Məqalə müəllifləri aeroportların daxili statistikasına istinadən edərək qeyd edirlər ki, quşların iştirakı ilə baş verən insidentlərin sayı iki dəfə artıb.

"2004-cü ildən 2009-cu ilədək avialaynerlərin quşlarla 158 toqquşması qeydə alınıb. 2007-ci ildən bu günə qədər isə 299 toqquşma baş verib", — deyə jurnalistlər yazırlar.

Son xəbərlər

Orphus sistemi