ABŞ-da ticarət mərkəzinə silahlı hücum olub, yaralılar var - VİDEO

ABŞ-da ticarət mərkəzinə silahlı hücum olub, yaralılar var - VİDEO Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-da ticarət mərkəzinə silahlı hücum olub.
Digər ölkələr
23 Noyabr , 2018 10:38
ABŞ-da ticarət mərkəzinə silahlı hücum olub, yaralılar var - VİDEO

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-da ticarət mərkəzinə silahlı hücum olub.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, hadisə Alabama ştatının Quver şəhərində baş verib. 

Bir nəfər kişi ticarət mərkəzinə daxil olaraq atəş açıb. İlkin məlumata görə, ən azı 4 nəfər yaralanıb. Hazırda yaralıların sayı dəqiqləşdirilir. Polis silahlı şəxsi vuraraq zərərsizləşdirib.  

Qeyd edək ki, bu gün ABŞ-da “Qara cümə” (“Black Friday”) günüdür. “Qara cümə” hər il noyabrın 23-dən 29-dək keçirilir. Həmin gün şirkətlər öz məhsullarını 80 faiz endirimlə satırlar. Bu səbəbdən ticarət mərkəzlərində böyük izdiham yaşanır.

Xatırladaq ki, noyabrın 22-də ABŞ-da Şükranlıq bayramı qeyd olunub.  

Son xəbərlər

Orphus sistemi