ABŞ-da tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb

ABŞ-da tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb Vertolyot Fresno şəhərindən havaya qalxaraq Baykersfild şəhərindəki hospitala doğru uçuş həyata keçirib
Digər ölkələr
11 Dekabr , 2015 13:25
ABŞ-da tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Kaliforniya ştatında tibbi vertolyotun qəzaya uğraması nəticəsində dörd nəfər ölüb. "Report" "NBC news" telekanalına istinadən xəbər verir ki, bu barədə məlumatı şerifin ofisinin nümayəndələri verib.

Məlumata görə, vertolyot Fresno şəhərindən havaya qalxaraq Baykersfild şəhərindəki hospitala doğru uçuş həyata keçirib. Vertolyotla 30 dəqiqə ərzində əlaqə qurmaq mümkün olmayandan sonra onun axtarışına başlanılıb.

Sonradan xilasedicilər vertolyotun qalıqlarını aşkarlayıb. Kern dairə şerifi Bill Smallvudun verdiyi informasiyaya görə, hadisə zamanı sağ qalan olmayıb.

Son xəbərlər

Orphus sistemi