Yuxarı

ABŞ-da tibbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb - FOTO

Helikopterdə olan üç ekipaj üzvünün hamısı ölüb

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın Ohayo ştatında tibb helikopter qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, helikopterdə olan ekipaj üzvünün 3-də ölüb.

Hadisə yerli vaxtla səhər saatlarında Vinton dairəsində baş verib. 

Ştatın patrul polisinin məlumatına görə, helikopter Qrouv Siti şəhərindəki tibb məntəqəsindən havaya qalxıb, göyərtədə heç bir xəstə olmayıb.

ABŞ Federal Aviasiya İdarəsi (The Federal Aviation Administration) hadisənin araşdırılması ilə məşğuldur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi