Yuxarı

ABŞ-da tibb mərkəzinə hücum edilib, xəsarət alanlar var

ABŞ-da tibb mərkəzinə hücum edilib, azı 3 nəfər xəsarət alıb

ABŞ-da tibb mərkəzinə hücum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBS məlumat yayıb. 

Məlumata görə, hadisə Virciniya ştatının Pitersberq şəhərində baş verib. Naməlum şəxsin mərkəzə hücumu zamanı bir neçə nəfər bıçaq xəsarəti alıb. Xəsarət alanların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi