ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb

ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb Amerikanın Nyu-York ştatında yüngülmühərrikli Cessna 303 tipli təyyarə yaşayış evinin üzərinə düşüb.
Digər ölkələr
18 Avqust , 2019 04:58
ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb

Amerikanın Nyu-York ştatında yüngülmühərrikli "Cessna 303" tipli təyyarə yaşayış evinin üzərinə düşüb.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Federal Aviasiya İdarəsinə istinadən ABC məlumat yayıb.

Bildirilir ki, təyyarə ABŞ-ın Pokipsi şəhəri yaxınlığında yerə düşüb, onun göyərtəsində 3 nəfər olub. Onlardan biri ölüb. Təyyarənin üzərinə düşdüyü evdə 30 yaşlı qadın (o, xəsarət almayıb), ciddi xəsarət alan 21 yaşlı qız və hazırda itkin düşmüş hesab edilən kişi olub.

Təyyarənin düşdüyü ev tamamilə dağılıb.

Son xəbərlər

Orphus sistemi