Yuxarı

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. 30 iyul. REPORT.AZ/ Kanadaya məxsus kiçik təyyarə ABŞ-da qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "CBC" Birləşmiş Ştatların Mülki Aviasiyasının Federal İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 11:00-da qeydə alınıb. ABŞ-ın Kanada ilə sərhədindəki Men ştatında baş verən qəza zamanı 3 nəfər həlak olub.

Təyyarə Kanadanın Pembrok şəhəri istiqamətində uçurmuş. 

Faktla bağlı təhqiqat başlayıb. Hadisənin səbəbi araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi