​ABŞ-da təyyarə qəzası nəticəsində 10 nəfər ölüb

​ABŞ-da təyyarə qəzası nəticəsində 10 nəfər ölüb Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri cəlb edilib
Digər ölkələr
26 İyun , 2015 09:40
​ABŞ-da təyyarə qəzası nəticəsində 10 nəfər ölüb

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Alyaska ştatında özəl birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 9 sərnişin və pilot həlak olub.

"Report" xəbər verir ki, bu haqda NBC telekanalı məlumat yayıb.

Təyyarə Alyaskanın cənubunda naməlum səbəblərdən qayaya çırpılıb.

Hadisə yerinə xilasedicilər və hakimiyyət nümayəndələri cəlb edilib.

Təyyarədə Siettla şəhərindən turistlər olub.

Qəza ştatın cənubunda yerləşən Katçikan şəhərində baş verib. Təyyarədən yarımadanın həmin ərazisinə turist daşımaq üçün istifadə edilirmiş.

Son xəbərlər

Orphus sistemi