ABŞ-da tibbi yardım təyyarəsi qəzaya uğrayıb: ölənlər var

ABŞ-da tibbi yardım təyyarəsi qəzaya uğrayıb: ölənlər var Həlak olanlar ekipaj üzvləridir
Digər ölkələr
30 Aprel , 2017 01:45
ABŞ-da tibbi yardım təyyarəsi qəzaya uğrayıb: ölənlər var
Courtesy İmage

Bakı. 29 aprel. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.

"Report"un "TASS" agentliyinə istinadən məlumatına görə, bu barədə xəstələrə hava nəqliyyatı xidmətini həyata keçirən "Rico Aviation" şirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Texas ştatının Amarillo şəhərində qeydə alınıb. Belə ki, yüngül mühərrikli təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar ekipaj üzvləridir.

Qəzanın başvermə səbəbləri hələlik məlum deyil. Yerli polis güman edir ki, hadisə əlverişsiz hava şəraiti – gücü saniyədə 24 metrə çatan küləklə əlaqədar ola bilər.

Son xəbərlər

Orphus sistemi