ABŞ-da “Cessna421” ikimühərrikli yüngül təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.
Bildirilib ki, hadisə ABŞ-ın cənub-şərqində Florida ştatının De-Lend şəhərində baş verib. Təyyarənin uçuş istiqaməti məlum deyil.
Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.