ABŞ-da təyyarə evin üstünə düşüb, ölən var - FOTO - VİDEO

ABŞ-da təyyarə evin üstünə düşüb, ölən var - FOTO - VİDEO ABŞ-da təyyarə qəzası baş verib.
Digər ölkələr
8 Noyabr , 2019 03:35
ABŞ-da təyyarə evin üstünə düşüb, ölən var - FOTO - VİDEO

ABŞ-da təyyarə qəzası baş verib.

Bu barədə "Report" KTLA telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Kaliforniyada qeydə alınıb. Birmühərrikli "Cirrus SR22" təyarəsi San-Bernandino dairəsindəki evin üstünə düşüb. Nəticədə təyyarənin pilotu həlak olub.

Hadisə zamanı evdə yanğın başlayıb və mənzilə ciddi zərər dəyib. Zərbənin gücündən evin bir hissəsi tamamilə dağılıb. Əraziyə yanğınsöndürənlər cəlb edilib və alov söndürülüb.

Qeyd edilir ki, hadisə zaman evdə bir kişi və uşaq olub. Onlar xilas ola biliblər. 

Son xəbərlər

Orphus sistemi