ABŞ-da terror aktı hazırlayan yeniyetmə qız saxlanılıb

ABŞ-da terror aktı hazırlayan yeniyetmə qız saxlanılıb Bakı. 3 may. REPORT.AZ/ ABŞ-ın Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Digər ölkələr
3 May , 2018 02:21
ABŞ-da terror aktı hazırlayan yeniyetmə qız saxlanılıb
FOTO: "RİA Novosti"

Bakı. 3 may. REPORT.AZ/ ABŞ-ın Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "The Dallas Morning News" qəzeti məlumat yayıb.

Məlumata görə o, Pleyno şəhərindəki ticarət mərkəzində terror aktı həyata keçirməyə hazırlaşırıb. Ehtimal edilir ki, yeniyetmə İŞİD üzvlərinin təsiri ilə hərəkət edə bilər.

Nəşrin xəbərinə görə, 17 yaşlı məktəbli ticarət mərkəzinə gələnlərə atəş açmağı planlaşdırırmış. Həmçinin bildirilir ki, yeniyetmə cinayəti törətmək üçün silah və zəruri geyimlə təmin edilib.

Qəzetin məlumatına görə, ticarət mərkəzinə hücum mayın ortalarında olmalı idi. Saxlanılan şəxsə qarşı ittihamlar təsdiqlənsə, o, azadlıqdan ömürlük məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi