ABŞ-da tankın yanması nəticəsində 15 hərbçi yaralanıb

ABŞ-da tankın yanması nəticəsində 15 hərbçi yaralanıb Hadisə hərbi təlimlər zamanı baş verib
Digər ölkələr
14 Sentyabr , 2017 02:22
ABŞ-da tankın yanması nəticəsində 15 hərbçi yaralanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında keçirilən təlimlər zamanı dəniz piyadaları korpusunun 15 hərbçisi yaralanıb. Hadisə hərbi bazada amfibiya tipli tankın naməlum səbəblərdən yanması nəticəsində baş verib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 15 dəniz piyadasının vəziyyəti barədə məlumat yoxdur.

Döyüş hazırlığı tədbiri dəniz piyadalarının San-Diyeqodan şimalda yerləşən Kemp-Pendltondakı bazada keçirilib.

Baza komandanlığı hadisənin səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi