ABŞ-da silahlı şəxs Luiziana universitetinin ərazisinə soxulub

ABŞ-da silahlı şəxs Luiziana universitetinin ərazisinə soxulub ABŞ-da silahlı şəxs Luiziana ştatı universitetinin (Louisiana State University - red) ərazisinə girib.
Digər ölkələr
21 Avqust , 2019 01:32

ABŞ-da silahlı şəxs Luiziana ştatı universitetinin ("Louisiana State University" - red) ərazisinə girib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsinin "Twitter"dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, silahlı cinayətkar zala soxulub. "Qaçın, gizlənin və ya vuruşun", - deyə ali məktəbin rəhbərliyinin bəyanatında qeyd edilir.

Bir müddət sonra universitetin "Twitter" səhifəsində bildiriblər ki, silahlı insanla vuruşmaq yalnız qəti tədbir kimi təklif edilir. Ali məktəbin rəhbərliyi təhlükənin indiyə qədər sovuşmadığını qeyd edib. 

Əraziyə polis əməkdaşları cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi