Yuxarı

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib

ABŞ-da sərnişin təyyarəsi təcili eniş edib
Hadisəyə səbəb təyyarənin təkərlərində yaranmış nasazlıq olub

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ-da göyərtəsində 51 sərnişinin və 4 ekipaj üzvünün olduğu sərnişin təyyarəsi Texas ştatının San-Antonio şəhərinə təcili eniş edib.

"Report" "Accosiated Press"ə istinadən xəbər verir ki, "Skywest Airlines" aviaşirkətinə məxsus təyyarə Hyuston şəhərindən Meksikanın Monterro şəhərinə uçurmuş. 

Təyyarənin təcili eniş etməsinə səbəb təyyarənin təkərlərində (şassidə) yaranmış nasazlıq olub.

San-Antonionun Yanğın Şöbəsi əməkdaşının sözlərinə görə, bütün sərnişinlər təyyarədən təxliyə edilib. Yalnız bir sərnişin eniş zamanı yüngül xəsarət alıb. Lakin o, müalicə olunmaqdan imtina edərək əvəzedici təyyarəyə minməyə tələsib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi