ABŞ-da qatarla sərnişin avtobusu toqquşub, azı 3 nəfər ölüb

ABŞ-da qatarla sərnişin avtobusu toqquşub, azı 3 nəfər ölüb Avtobusda 50-yə yaxın sərnişin olub
Digər ölkələr
8 Mart , 2017 02:46
ABŞ-da qatarla sərnişin avtobusu toqquşub, azı 3 nəfər ölüb

Bakı. 8 mart. REPORT.AZ/ Amerikanın Missisipi ştatında qatarın avtobusla toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Fox" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, insident çərşənbə axşamı Biloksi şəhərində qeydə alınıb. Yerli polis rəisi Con Miller bildirib ki, Texas ştatından gələn avtobusda 50-yə yaxın sərnişin olub.

Son xəbərlər

Orphus sistemi