ABŞ-da qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

ABŞ-da qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb Rəsmi hakimiyyət həlak olanların dəqiq sayını açıqlamaqda çətinlik çəkir
Digər ölkələr
30 Avqust , 2017 05:56
ABŞ-da qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

Bakı. 30 avqust. REPORT.AZ/ ABŞ-ın Texas ştatında cərəyan edən tropik "Harvi" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "The New York Times" qəzeti yazıb.

Qəzet bunu yerli hakimiyyət nümayəndələrindən aldığı məlumata əsasən bildirib. Bu barədə Amerika KİV-də dərc olunan məlumatlar bir-birindən fərqlənir. Onların əksəriyyəti ölənlər barədə 10 nəfəri ötən rəqəmi qeyd edir. Rəsmi hakimiyyət təbii fəlakət nəticəsində həlak olanların dəqiq sayını söyləməkdə çətinlik çəkir.

"Harvi" ABŞ-da son 12 il ərzində ən güclü qasırğa olub.

Son xəbərlər

Orphus sistemi