ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB Corciya ştatının Fövqəladə Hallar Agentliyinin nümayəndəsi daha 3 nəfərin öldüyünü təsdiqləyib
Digər ölkələr
23 Yanvar , 2017 05:01
ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 23 yanvar. REPORT.AZ/ ABŞ-ın cənub-şərqində qasırğa nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda bildirilir ki, Corciya ştatının Fövqəladə Hallar Agentliyinin nümayəndəsi Ketrin Xouden təbii fəlakət zamanı növbəti qurbanlar barəsində bildirib. O, daha 3 nəfərin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qasırğadan, fırtınalardan və leysanlardan zərər çəkmiş Corciya, Florida və Alabama ştatlarına federal yardımın göstəriləcəyini vəd edib.



***18:54

ABŞ-da qasırğa qurbanlarının sayı 15 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "The Weather Channel" xəbər verib.

Məlumata görə, təkcə Corciya ştatında 11 nəfər təbii fəlakətin qurbanı olub. İyirmi üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bundan əlavə, ştatın yaşayış məntəqələrindən birində daha 2 nəfər ölüb.

Missisipi ştatının qubernatoru Dil Brayant ştatda fövqəladə vəziyyət elan edib. Burada 50-dən çox insan müxtəlif xəsarətlər alıb.

İlkin məlumata görə, ştata 200 milyon dollardan çox ziyan dəyib. Qasırğa bununla yanaşı, Luiziana, Alabama və Texas ştatlarına ciddi ziyan vurub.

Qeyd edək ki, qasırğa yanvarın 21-dən davam edir.

Son xəbərlər

Orphus sistemi