ABŞ-da qasırğa Corc Vaşinqtonun əkdiyi 227 yaşlı ağacı aşırıb

ABŞ-da qasırğa Corc Vaşinqtonun əkdiyi 227 yaşlı ağacı aşırıb Birinci prezidentin məzarı yanında əkilən çoxillik sidr ağacı da qırılıb
Digər ölkələr
4 Mart , 2018 11:59
ABŞ-da qasırğa Corc Vaşinqtonun əkdiyi 227 yaşlı ağacı aşırıb

Bakı. 4 mart. REPORT.AZ/ Həftə sonu Birləşmiş Ştatların şimal-şərqində əsən güclü külək nəticəsində 227 il əvvəl ölkənin yaradıcısı və ilk prezidenti Corc Vaşinqton tərəfindən əkilən Kanada tsuqası qırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Vaşinqtonun Maunt-Vernon mülkünün rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Prezident ağacı məhz həmin mülkün həyətində əkib. Cümə günü baş verən güclü külək nəticəsində birinci prezidentin məzarı yanında əkilən çoxillik sidr ağacı da qırılıb.

Son xəbərlər

Orphus sistemi