ABŞ-da qar çovğunu qurbanlarının sayı 41 nəfərə çatıb - YENİLƏNİB

ABŞ-da qar çovğunu qurbanlarının sayı 41 nəfərə çatıb - YENİLƏNİB Ölüm halları yol qəzaları, dəm qazından zəhərlənmə, infarkt vurması nəticəsində baş verib
Digər ölkələr
26 Yanvar , 2016 05:22
ABŞ-da qar çovğunu qurbanlarının sayı 41 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 26 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlarda güclü qarın yağması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bütün ölüm halları yol qəzaları, dəm qazından zəhərlənmə, həmçinin qarın təmizlənməsi zamanı infarkt vurması nəticəsində baş verib.

İnsan itkiləri Vaşinqton, Delavere, Kentukki, Merilend, Nyu-Cersi, Nyu-York, Şimali və Cənubi Karolina, Ohayo, Pensilvaniya, Tennessi, Virciniya ştatlarında qeydə alınıb.

***23:48 (25 yanvar)

ABŞ-da ən azı 36 nəfər qar çovğununun qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi yerli mətbuat yazıb.

Bazar ertəsi Vaşinqtonda bütün dövlət müəssisələri və məktəblər hava şəraiti ilə əlaqədar bağlı olub. Xüsusilə Amerika Dövlət Departamentinin brifinqi təxirə salınıb.

Bundan əlavə, güclü qar dəmir yolunun hərəkətində fasilələr yaradıb. Vaşinqton və Baltimorda ən azı 1510 aviareys təxirə salınıb və ya gecikmə ilə uçub. Şərq sahilinin bəzi yerlərində yağan qarın hündürlüyü 91 sm.-ə çatıb.

Ümumilikdə təbii fəlakət 85 milyon insana ziyan vurub və 300 min nəfəri işıqsız qoyub.

Son xəbərlər

Orphus sistemi