ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var

ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var Hadisə zamanı 8 nəfər xəsarət alıb
Digər ölkələr
5 Sentyabr , 2017 06:58
ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var
© Fotolia / Dominik Herz

Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın Filadelfiya şəhərində avtomobil piyadaları vurub.

"Report"un məlumatına görə, bu barədə "NBC Philadelphia" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Əmək gününə həsr olunmuş şənliyin keçirildiyi ərazidə baş verib. Qəza zamanı 8 nəfər xəsarət alıb.

Onlar arasında bir neçə yaşlı insan və hamilə qadın da var.

Şahidlər bildiriblər ki, sürücü təhlükə haqqında siqnal verməyib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Polisdən bildirilib ki, avtomobili qadın sürücü idarə edib. O, sərxoş vəziyyətdə olub.

Son xəbərlər

Orphus sistemi