ABŞ-da prezident Barak Obamaya sui-qəsd hazırlayan şəxs tutulub

ABŞ-da prezident Barak Obamaya sui-qəsd hazırlayan şəxs tutulub C.Qarqyulo ABŞ rəhbəri ilə o, istirahətdə olarkən hesablaşmağı planlaşdırıb
Digər ölkələr
30 Avqust , 2016 08:29
ABŞ-da prezident Barak Obamaya sui-qəsd hazırlayan şəxs tutulub

Bakı. 30 avqust. REPORT.AZ/ Birləşmiş Ştatların Federal Tədqiqatlar Bürosunun (FTB) əməkdaşları ölkə prezidenti Barak Obamanı qətlə yetirmək niyyətində olduğu ehtimal edilən Massaçusets ştatı sakinini saxlayıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları cani barədə işarəni hələ iyul ayında alıblar və onu təqib etməyə başlayıblar.

FTB-nin məlumatına görə, 40 yaşlı Cozef Qarqyulo ABŞ rəhbəri ilə o, Martas-Vinyard adasında (Massaçusets ştatı) istirahətdə olarkən hesablaşmağı planlaşdırıb.

Avqustun 27-də şübhəli amerikalını həbs edən asayiş keşikçiləri bir qayda olaraq onun evində axtarış aparıblar və əməliyyat zamanı odlu silah, patronlar, partlayıcı maddə, elektrşok qurğuları və ov bıçaqları aşkarlanıb.

İlkin məlumata görə, Qarqyulo müntəzəm olaraq steroid pereparatları qəbul edib və ruhi vəziyyəti qaydasında olmayıb.

Barak Obama həyat yoldaşı Mişel Obama və iki qızı ilə Martas-Vinyard adasında 6-21 avqust tarixlərində istirahətdə olub.

Son xəbərlər

Orphus sistemi