Yuxarı

Ağ evdə Pompeo və Bolton arasında gərginlik artır

​ABŞ-da Pompeo və Bolton arasında gərginlik artır

ABŞ-ın dövlət katibi Mayk Pompeo və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton arasında Amerikanın xarici siyasət kursuna təsir göstərmək uğrunda amansız rəqabət yaranmaqdadır. Onların arasında gərginlik Vaşinqtonun İran, KXDR və Venesuela ilə problemləri fonunda artmaqdadır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü CNN teleşirkəti məlumat yayıb.

Bildirilir ki, iki "qırğı" arasında gərginlik xarici siyasətə yanaşma fərqliliyində deyil, rəsmi vəzifələrin icrası üslubundadır. Belə ki, prezident köməkçisinin uzaqgörənliyi dövlət katibində onun xarici siyasət idarəsi səlahiyyətlərini qəsb etmək cəhdinə dair aşkar qıcıq və şübhə oyadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi