Bakı. 24 May. REPORT.AZ/ ABŞ-da polisin irqi ayrı-seçkiliyinə etiraz aksiyaları yenidən başlayıb.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, iki afroamerikalının qətlində şübhəli bilinən polis əməkdaşlarının məhkəmədə bəraət qazanmasına etiraz əlaməti olaraq minlərlə insan küçələrə axın edib.
Klivlend şəhərində ötən gecə ondan artıq afroamerikalı həbs olunub.